Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

Azərbaycanlı futbolçu Nicat Qurbanov “Samtredia”nın heyətində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, 1-ci liqada mübarizə aparan klub, “Sioni” ilə keçirilən pley-off mərhələsinin cavab oyununda 4:1 hesablı qələbə qazanıb. İlk oyunda 0:0 hesablı bərabərliyə razılaşan “Samtredia”, bu qələbə sayəsində yüksək liqaya vəsiqə qazanıb.

Nicat bu oyunda 38 və 71-ci dəqiqələrdə fərqlənərək, iki qolla yadda qalıb. 27 yaşlı futbolçu, daha öncə Gürcüstan birinci liqasında 6 qol vurub. Bu görüşdə fərqlənməklə isə o, qol sayını 8-ə yüksəldib.