Əliyar Ağayev maltalıları cəzalandırdı – 2 “sarı”…

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Malta – Norveç matçını idarə edib.

Komanda.az xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. Ağayev bu oyunda iki sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki futbolçusuna rəsmi xəbərdarlıq etməklə yanaşı, bir dəfə də qapılarına penalti təyin edib. Ancaq Norveç millisinin üzvü Josua Kinq bu imkanı qola çevirə bilməyib.