Azərbaycanlı boksçuların ilk rəqibləri məlum oldu

Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında keçiriləcək beynəlxalq turnirin püşkü atılıb. 

Komanda.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub. 

Komandamızın heyətində turnirin ilk günündə rinqə 6 boksçu çıxacaq. 

Yarışda 21 ölkədən 189 (141 oğlan, 48 qız) idmançı qüvvəsini sınayacaq. Azərbaycan millisi oğlanların mübarizəsində gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək. 

14 sentyabr
1/16 final

Rza Rzazadə (75 kq) – Yeqor Yeqorov (Qazaxıstan)

1/8 final
Amin Məmmədzadə (51 kq) – Usman Ansari (Hindistan)
Nadir Məlikov (57 kq) – Uralbek Abdıkadırov (Qazaxıstan)
Səid Abdullayev (63,5 kq) – Prit Malik (Hindistan)
Daniel Xolostenko (71 kq) – Anke (Hindistan)

1/4 final
Səbuhi Əlizadə (+92 kq) – Mikita Maliuta (Ukrayna)

15 sentyabr
1/8 final

Tacı Tağızadə (60 kq) – Anşul (Hindistan)
Sənan Hətəmov (67 kq) – Ruslan Şaxar (Qazaxıstan)

1/4 final
Məmməd Quliyev (92 kq) – Ruslan Artişçenko (Ukrayna)

16 sentyabr
1/4 final

Kənan Babayev (48 kq) – Tali Taba (Hindistan)
Fətəli İsmayılov (80 kq) – Denis Dahl (Norveç)
Rəşid Məmmədov (86 kq) – Camal Quliyev (Ukrayna)

Turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button