“Əminəm ki, idmanda növbəti nailiyyətləri əldə edə bilərik” – yeni nazir

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov “feysbuk” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, nazir, paylaşımında bunları qeyd edib:

“Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir.

Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”.