Azərbaycanın voleybol yığmalarının avrokuboklardakı rəqibləri bəlli oldu

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Qızıl Avropa Liqasındakı rəqibləri bəlli olub.

Komanda.az xəbər verir ki, yığma Ukrayna, Rumıniya və Macarıstanla birlikdə C qrupunda mübarizə aparacaq.

Gümüş Avropa Liqasında çıxış edəcək kişilərdən ibarət Azərbaycan seçməsi isə A qrupuna düşüb. Üç komandalı qrupdakı digər 2 kollektiv Finlandiya və Macarıstandır.

Qeyd edək ki, yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar “Dördlər finalı”na vəsiqə qazanacaq.