Azərbaycanın stolüstü tennisçisi Tbilisidə “bürünc” qazanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində bürünc medal qazanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, tennisçi 11 yaşadək idmançıların mübarizəsində 3-cü olub.

Quluzadə yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

15 yaşadək tennisçilərin yarışında qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə bu gün mükafatlar uğrunda mübarizə aparacaq. Eyni yaş kateqoriyasında yer alan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda məğlub olub.

Yarışda 18 ölkənin idmançıları iştirak edir.