Azərbaycanın sərbəst güləşçisi İslamiadada finala yüksəldi

Azərbaycanın sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Ağanəzər Novruzov (74 kq) bu raundadək irəliləyib.

Arseniy Djioyev (86 kq) yarımfinala yüksəlib. Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda uduzub.

Yarımfinalda məğlub olan Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

İslamiada bu gün başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button