Tokio-2020: Azərbaycan təmsilçisi “bürünc” uğrunda mübarizə aparacaq

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı Yaponiyanı təmsil edən Akira Sone ilə üz-üzə gəlib. Görüş İrinanın məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan təmsilçisi bürünc medal uğrunda mübarizə aparacaq. O, çinli Şiyan Xu ilə qarşılaşacaq.