Gənclər və idman naziri 4 aydır işə çıxmır – Rəhimova nə olub?

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun səhhətində problemlər yaranıb.

Komanda.az xəbər verir ki, nazir hazırda ABŞ-da xəstəxanaların birində müalicə olunur. Rəhimova ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Müalicəsi davam etdirilən nazir səhhətində narahatçılığa səbəb bir durumun olmadığını bildirib.

Azad Rəhimovun səhhətində yaranan problemlərə görə 4 aydır ki, işə çıxmadığı deyilir.

Azad Rəhimov 2006-cı ildən gənclər və idman naziridir.