Tokio-2020: Azərbaycanlı idmançı yarımfinala yüksəldi

Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Bosniya və Herseqovinanı təmsil edən Larisa Tseriçlə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib.

O, bu mərhələdə Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib. Rəqibinə bu dəfə də ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib. O, finala gedən yolda Yaponiyanı təmsil ediən Akira Sone ilə qarşılaşacaq.