Azərbaycanın daha bir idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan qılıncoynadanı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komanda.az xəbər verir ki, idmançı bu barədə “İnstaqram” hesabında yazıb.

Sablyaçı turnirdə iştirak etmək hüququ qazandığını vurğulayıb. O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib:

“Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə, FIE təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya kuboku və qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button