Azərbaycanın 27-ci qrossmeysteri

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçının titulunu rəsmi qaydada təsdiqləyib.

Şahmat federasiyasından Komanda.az-a verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE, eyni zamanda, Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.