Azərbaycanın 2 paracüdoçusu qran-pridə medal qazanıb

Azərbaycanın iki paracüdoçusu Yaponiyanın paytaxtı Tokioda keçirilən qran-pridə medal qazanıb.

Komanda.az xəbər verir ki, İlham Zəkiyev (+90 kq) və Xanım Hüseynova (70 kq) gümüş mükafata yiyələniblər.

Zəkiyev J1 kateqoriyasında, Hüseynova isə J2 kateqoriyasında final görüşündə rəqiblərinə məğlub olublar.

Ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button