Azərbaycanın 2 boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycanın iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, Maqsud Xasmetov (60 kq) yarımfinalda Denis Parilovu (Rusiya) məğlub edib.

İkinci raundda tam üstünlüklə qalib gələn boksçu finalda Dilşod Abdumurodovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Ruslan Rüstəmov (63,5 kq) da həlledici görüşə vəsiqə qazanıb. O, yarımfinalda Nikita Birenkovdan (Rusiya) üstün olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov finalda Sandan Sandarovla (Rusiya) qarşılaşacaq.

Ümid Rüstəmov (57 kq) Maksim Pankova (Belarus), İlqar Salahov (67 kq) Ruslan Abdullayevə (Özbəkistan), Mirşərif Kazımzadə (75 kq) Yeqor Şapoçanskiyə (Rusiya) məğlub olduqları üçün yarışı bürünc medalla başa vurublar.

Finallar mayın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button