Azərbaycan yığması bu dəfə məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında martın 22-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.