Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.

AÜF-ün mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

Toplantıda federasiyanın 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub.

Gündəlikdə olan digər məsələ federasiyanın vitse-prezidentinin seçilməsi olub. AÜF-ün prezidenti Xanlar Fətiyev bu vəzifəyə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.

Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button