Tokio-2020: Azərbaycan ilk medalını qazandı

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Komanda.az xəbər verir ki, cüdo yarışlarında 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın idmançı İrina Kindzerska bürünc medal qazanıb. O, çinli Şiyan Xunu ipponla məğlub edib.

Bu, Azərbaycanın Tokio-2020-dəki ilk medalı olub.