Azərbaycan taekvondoçuları üçün AÇ-də uğursuz gün

Bolqarıstanda təşkil olunan taekvondo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Sofiyadakı yarışın ikinci günündə iki idmançımız – Xanoğlan Kərimov və Cavad Ağayev mübarizəyə qatılıb.

63 kq çəki dərəcəsində mübarizə aparan Xanoğlan Kərimov ilk döyüşündə ukraynalı Boqdan Tikonova məğlub olsa da, Cavad Ağayev (68 kq) mərhələ adlayıb. Gürcüstan təmsilçisi Beka Kavtaradzeni 7:4 hesabı ilə mğlub edən Cavad, növbəti qarşılaşmada almaniyalı İmran Özkaydan da üstün olub – 18:4. Lakin Ağayev yarımfinala vəsiqə uğrunda ispaniyalı Xavyer Peresə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycanı AÇ-də 11 taekvondoçu təmsil edir. İlk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb.

Avropa çempionatına aprelin 11-də yekun vurulacaq.