Tokio-2020: Azərbaycan 14-cü “qızıl”ını qazandı

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, paratlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər paratlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.