“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub.

Komanda.az xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub.

“Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb. Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.

Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.