“Neftçi”nin 5 futbolçusu rəmzi komandada FOTO

Azərbaycan Premyer Liqasının 14-cü turunun rəmzi komandası məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, son turda “Sabah”ı 2:0 hesabıyla məğlub edən “Neftçi”dən 5 futbolçu rəmzi heyətə düşüb:

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)-2;

Müdafiəçilər: Ailton Silva (“Qarabağ”)-4, Anton Krivotsyuk (“Neftçi”)-3, Adrin Skarlatake (“Zirə”)-3, Tural Axundov (“Neftçi”);

Yarımmüdafiəçilər: Nicat Süleymanov (“Zirə”), Elvin Camalov (“Zirə”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”)-4;

Hücumçular: Xulio Sezar Rodrigez (“Zirə”)-4, Stiven Monroz (“Neftçi”)-5.

Qeyd: Oyunçuların adının sonundakı rəqəm rəmzi komandaya düşmə sayıdır.