Azərbaycan paraüzgüçüsündən Belarusda 2 qızıl medal

Azərbaycan paraüzgüçüsü Roman Saley Belarusun Brest şəhərində təşkil olunan açıq paraüzgüçülük kubokunda iki qızıl medal qazanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.

Paralimpiyaçı S12 kateqoriyasında mübarizə apararaq, iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 100 metr məsafəyə sərbəst üzməkdə 55.29 saniyə nəticə göstərib. Saley həmçinin, 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmədə 59.17 saniyə nəticə ilə qızıl medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button