Azərbaycan paracüdoçusu qran-pridə “gümüş” qazanıb

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda keçirilən qran-pridə etimadı doğruldub.

Komanda.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında mübarizə aparıb.

Hacıyeva finala qədər irəliləməyi bacarıb. O, həlledici raundda qazaxıstanlı Nautbek Akmarala uduzub və gümüş medalla kifayətlənib.

Şəhanə Hacıyeva 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button