“Azərbaycan millisiylə matçda qələbə qazanmaq istəyirik”

Şimali Makedoniya yığmasının yarımmüdafiəçisi Enis Bardi Azərbaycan milli komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqib fiziki cəhətdən güclüdür. Amma qələbə qazanmaq istəyirik. Bu gün futbolda favorit yoxdur. Yaxşı oynamaq özümüzdən asılıdır. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdır. Sabah müsbət nəticə əldə edəcəyimizə inanıram”.

Sabah baş tutacaq Şimali Makedoniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button