
Azərbaycan millisinin üzvünün yeni klubu məlum oldu
20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Azər Əzimovun yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, oyunçu “Lənkəran” klubu ilə anlaşıb.
O, mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək.
Əzimov daha əvvəl “Sərhədçi” və “Gəncə” klublarında çıxış edib.
“Lənkəran” buna qədər Aydın İbrahimov, Raşed Dison və Teron Montqomerinin transferlərini həyata keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



