Azərbaycan millisinin üzvü üçün 26 dəqiqə və 1 xal

Futbol üzrə Avstriya 2-ci liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Lustenau “Austria”sı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Barış da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.

“Austria” hazırda 15 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button