Ozan Can oynadı, komandası doğma meydanda uduzdu

Futbol üzrə Niderland 2-ci liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb. Velsen təmsilçisi bu turda doğma meydanda “Breda” ilə qarşılaşıb.

Görüş “Telstar”ın 1:2 hesablı məğlubiyyəti ilə bitib. Ozan Can Kökçü də bu matçın iştirakçısı olub. Oyuna start heyətdə başlayan yarımmüdafiəçi 78-ci dəqiqədə əvəzlənib.

Ozan “Sabah” klubundan icarə əsasında “Telstar”a keçib. O, Niderland təmsilçisində 4 oyuna çıxıb.

“Telstar” 2-ci liqada 24 turdan sonra 33 xalla 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button