Azərbaycan millisinin üzvü İspaniyada klubunu dəyişir

Azərbaycan millisinin üzvü Eddi İsrafilov formasını geyindiyi “Alkorkon” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən digər Sequnda təmsilçisi “Albasete” klubunda çıxış edəcək. İsrafilovun transferinin yaxın zamanda rəsmən açıqlanacağı gözlənilir.

“Mursiya” yetirməsi olan Eddi, müəyyən vaxtlarda “Kadis”, “Eybar”, “Qranada”, “Kordoba” kimi klublarda forma geyinib. O, 10 dəfə də Azərbaycan millisinin uğurları üçün çalışıb.