Azərbaycan millisinin son rəqibi məlum oldu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının əsas mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilkin seçmə mərhələnin oyunlarında ardıcıl 3 qələbə qazanan Kipr yığması B qrupunun qalibi olub və əsas mərhələdə çıxış etmək hüququ qazanıb. Ada təmsilçisi İsveçi 6:1, San Marinonu 8:0, Kosovonu isə 9:3 hesabı ilə məğlub edib.

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Sloveniya, Hollandiya və Kiprlə birgə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları martın 26-dan 31-dək Sloveniyada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button