
Azərbaycan millisinin oyununda “AFFA istefa” səsləri – FOTO
Futzal üzrə Azərbaycan yığmasının Niderlandda təşkil olunan Avropa çempionatında Bosniya və Herseqovinaya qarşı keçirdiyi oyunda AFFA rəhbərliyinin istefası tələb olunub.
Komanda.az xəbər verir ki, Amsterdamdakı “Ziggo Dome” arenasında baş tutan görüşü canlı izləyən azərbaycanlı azarkeşlər tribunadan “AFFA istefa” sözlərinin yazıldığı plakat asıblar.
Azərbaycan yığmasının üçüncü qolunu vuran Rafael Vilela sevincini fanatlarla bölüşərkən sözügedən şüarın yazıldığı plakatı matçı televiziya vasitəsilə izləyən azarkeşlər də görüblər.
Azərbaycan millisi Bosniya və Herseqovina ilə oyunda 4:2 hesabıyla qalib gəlsə də, qrup üçüncüsü olub və Avropa çempionatı ilə vidalaşıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin