Azərbaycan millisinin oyununa “casus” göndərəcəklər

Avstriya millisinin skautları Azərbaycan yığmasının oyununu izləyəcək.

Komanda.az “OE24”-ə istinadən xəbər verir ki, bu barədə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik məlumat verib. Onun sözlərinə görə, millinin skautları AÇ-2024-ün seçmə mərhələsində rəqiblərinin qarşıdakı yoldaşlıq görüşlərini izləyəcəklər:

“Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz olan İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir”.

Azərbaycan millisi dünən yoxlama oyununda Moldovaya 2:1 hesabı ilə qalib gəlib. Noyabrın 20-də Canni De Byazinin rəhbərlik etdiyi komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.

​Azərbaycan yığması AÇ-2024-ün qrupunda ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button