Azərbaycan millisinin oyunlarının təqvimi bilindi

Azərbaycan milli komandasının dünya çimərlik oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, C qrupunda yer alan yığma ilk matçına avqustun 29-da çıxacaq. Rəqib İsveçrə kollektivi olacaq.

Azərbaycan bir gün sonra isə Ukrayna ilə qarşılaşacaq. Hər iki görüş saat 15:30-da başlayacaq.

Seçmə mərhələnin oyunları avqustun 27-dən sentyabrın 5-dək olacaq.