Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarıldı

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ikinci turunda keçiriləcək İsveç – Azərbaycan oyununun bilet satışı başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.

Biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.

İsveç – Azərbaycan oyunu martın 27-də Stokholmdakı “Friends Arena”da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button