Azərbaycan millisinin üzvlərinin koronavirus testi pozitiv çıxdı

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.

Komanda.az xəbər verir ki, hər iki oyunçudan götürülmüş koronavirus testi pozitiv çıxıb.

Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.