Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik

Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın “sükanı arxasına” gətirilib. 

Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.