“Azərbaycan millisini əla oyuna görə təbrik edirəm” – Milevski

Futbol üzrə Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski Azərbaycan yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi əla oyuna görə təbrik edirəm. Bundan əvvəlki Finlandiya ilə görüşdə nələrdənsə razı qalmışdım. Bu gün yalnız birinci hissədə qol buraxana qədər müsbət məqamlar oldu. Bu məğlubiyyət bizim üçün möhkəm şillə oldu. Yeganə müsbət məqam odur ki, bu şilləni məhz indi aldıq. Bu gün meydana çıxan futbolçuların əvəzləyicilərinin olmaması məni narahat edir. Milliyə dəvət olunanlar isə artırmalıdırlar ki, rəqabətdən qalib ayrılsınlar. Problem bizdədir və biz bunu həll etməliyik. Düşünməliyik ki, bu formaya nə dərəcədə hörmət edirik. Avropa çempionatının seçmə mərhələsinə kimi formada olacağımıza şübhə etmirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button