Azərbaycan millisindən ilk oyunda qələbə

17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan futbolçularımız qələbə qazanıb -2:0. Komandamızın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub.

U-17 turnir çərçivəsində növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.