Azərbaycan millisindən ilk oyunda heç-heçə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib.

Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda baş tutan görüş heç-heçə bitib – 1:1.

Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.

U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button