AFFA ilə ciddi danışığımız olub – Xorvatiyalı məşqçi

Xorvatiyalı mütəxəssis Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçisi olmağa namizədlərdən biri olduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, “Dinamo” (Zaqreb) klubunun sabiq çalışdırıcısı bu barədə “index.hr” saytına açıqlamasında deyib:

“Azərbaycan millisinə namizədlərdən biriyəm, AFFA ilə ciddi danışığımız olub. Söhbət zamanı hiss etdim ki, millinin qarşısına böyük hədəflər qoyulub. Onlar daha da irəli getmək istəyirlər. Hər şey yaxın günlərdə məlum olacaq”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də Yurçeviçin namizədliyinə münasibət bildirib. O, AFFA-nın Yurçeviçlə anlaşmalı olduğunu düşünür:

 “Onu deyə bilərəm ki, AFFA Yurçeviçi baş məşqçi postuna gətirsə, səhvə yol vermiş olmayacaq. Hər şeyin yaxşı olmasını istəyirəm”.

Karyerası ərzində Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdıran Yurçeviçin son iş yeri Zaqreb “Dinamo”su olub. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button