Azərbaycan millisi “Turan Tovuz”a qalib gəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan yığmamızın rəqibi elə “Turan Tovuz” komandası olub.

Millimiz bu oyunda 5:1 hesabı ilə qələbə qazanıb. U-19-un qollarını dubla imza atan Ağadadaş Salyanski, eləcə də Zöhrab Əsədov, Kamal Kazımov və Mahmud Ağayev vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button