Azərbaycan millisi “Neftçi” ilə yoldaşlıq oyunu keçirib

19 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil ediləcək yoldaşlıq turnirinə hazırlıq çərçivəsində yoxlama görüşü keçirib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Elxan Abdullayevin rəhbərlik etdiyi komanda “Neftçi-2” ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Millinin heyətində qolu 45+1-ci dəqiqədə Niyazi Osmanov vurub.

Azərbaycan millisi iyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək. Komanda iyunun 4-də, Bakı vaxtı ilə saat 20:30-da Qazaxıstanın U-19, iyunun 7-də, saat 18:00-da Türkiyənin U-20, ayın 10-da, saat 20:30-da isə Moldovanın U-19 kollektivi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button