Azərbaycan millisi İtaliya yığmasına məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub.

Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurub.

Millimiz seçmə mərhələdə növbəti oyununu sabah Almaniya komandasına qarşı keçirəcək.