Azərbaycan millisi ilk oyundan məğlub ayrıldı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2021-in seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, F qrupunda yer alan komandamız startda Monteneqro yığması ilə qarşılaşıb.

Gürcüstanın paytaxtı Tiflisdə baş tutan görüş millimiz üçün uğursuz alınıb. İlk iki seti məğlub başa vuran voleybolçularımız üçüncü setdə qalib gəlsə də, dördüncü set yenə rəqibin qələbəsiylə yekunlaşıb. Nəticədə, millimiz ilk görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 8-də Gürcüstana qarşı keçirəcək. Ayın 9-da isə komandamızı Yunanıstanla duel gözləyir.