Azərbaycan millisi dünya kubokunda ikinci oldu

Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda final görüşü baş tutub.

Komanda.az xəbər verir ki, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.

Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb. Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün bu komanda qızıl medala yiyələnib.

Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.

Yunan-Roma güləşi üzrə künya kuboku
Final
Azərbaycan – İran 5:5

55 kq
Eldəniz Əzizli – Poya Marz – 4:1

60 kq
Nihad Məmmədli – Mohsen Nejad – 4:5

63 kq
Taleh Məmmədov – İman Hüseyn Mohammedi – 0:8

67 kq
Həsrət Cəfərov – Danial Söhrabi – 5:1

72 kq
Ülvi Qənizadə – Mohammedeza Rustami – 4:3

77 kq
Sənan Süleymanov – Arif Həbibullahi – 7:1

82 kq
Rafiq Hüseynov – Mohammedhuseyn Mahmudi – 5:1

87 kq
Murad Əhmədiyev – Abulfəz Ali Çubani – 1:2

97 kq
Arif Niftullayev – Mehdi Balihamzede – 2:5

130 kq
Beka Kandelaki – Aliakbar Yusifahmedcali – 3:6

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button