Azərbaycan millisi dünya çempionatında daha iki görüş keçirəcək

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.

Komanda.az xəbər verir ki, yığma 3-cü turda ABŞ, 4-cü turda FIDE komandası ilə üz-üzə gələcək.

A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.

Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button