
Azərbaycan millisi Çində dünya kubokunda iştirak edəcək
İyunun 15-də Çinin Quyyan şəhərində boks üzrə dünya kuboku start götürəcək.
Komanda.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya kubokunda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) şans verəcək.
Çimkənddə təlim-məşq toplanışında olan boksçularımız Quyyana Qazaxıstandan yollanacaqlar. Dünya kubokunun püşkü iyunun 14-da atılacaq.
Millimiz Braziliyada keçirilən ilin ilk dünya kubokunda 3 qızıl, 1 bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



