Azərbaycan millisi Belarusa gedir

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını ölkə xaricində davam etdirəcək.

Komanda.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçisi olduğu komanda hazırlığın növbəti mərhələsini Belarusun paytaxtı Minskdə keçəcək. Azərbaycan voleybolçuları səfərə iyulun 9-da yollanacaq. Minskdə komandanın yerli yığma ilə bir neçə yoxlama matçı da planlaşdırılır. Buradakı hazırlıq iyulun 16-da başa çatacaq. 

Azərbaycan millisi bundan sonra Bakıya Belarus yığması ilə birgə qayıdacaq. İki komanda paytaxtda hazırlıq keçməklə yanaşı, yenidən bir neçə sınaq görüşündə gücünü yoxlayacaq.

Mayın 15-dən hazırlığa başlayan milli AÇ-2023-ün təsnifat mərhələsində A qrupunda Türkiyə və Danimarka yığmaları ilə mübarizə aparacaq. Milli İslam Həmrəyliyi Oyunlarında isə Sudan, Mərakeş və Kamerun yığmaları ilə A qrupunda qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin