
Azərbaycan millisi Avropa çempionatında mübarizə aparacaq
Azərbaycanın qızlardan ibarət U-16 basketbol millisi avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, komanda B qrupunda yer alacaq.
U-16-nın iştirakı ilə baş tutacaq qarşılaşmaların təqvimi belədir:
20 avqust
14:00. Azərbaycan – İsveç
22 avqust
21:30. Azərbaycan – Niderland
24 avqust
19:00. Azərbaycan – Slovakiya
25 avqust
21:30. Azərbaycan – Lüksemburq
Azərbaycanın U-16 millisi Avropa çempionatının B divizionunda ilk dəfə iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



