Azərbaycan milliləri Qazaxıstanla üz-üzə gəliblər

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 7-ci tur başa çatıb.

Komanda.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3:1 hesablı qələbə qazanıb.

Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub edib. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.

Olimpiada sentyabrın 22-də yekunlaşacaq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button