Tokio-2020: Azərbaycanın iki idmançısı təsəlliverici görüşə çıxacaq

Azərbaycan milli paralimpiya komandasının taekvondo idman növü üzrə təmsilçisi İmaməddin Xəlilov ilk görüşündə rusiyalı rəqibinə məğlub olub.

Komanda.az xəbər verir ki, azərbaycanlı idmançı bürünc medal uğrunda təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.

Azərbaycanın taekvondo idman növü üzrə digər təmsilçisi Fətəliyeva Röyalə də ilk görüşündə taylandlı rəqibinə məğlub oldu. Fətəliyeva bürünc medal uğrunda təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.